HITACHI-nin yapon nümayəndələri A-kond MMC-ni ziyarət etdi

2016-cı ilin son ayında A-kond MMC olaraq daha bir qonaq qarşıladıq. Mərkəzi kondisioner sistemləri sahəsində dünyanın ən qabaqcıl markalarından biri olan HITACHI firmasının ticarət və biznes sahəsinin, beynəlxalq satış və servis departamentinin Yaponya ofis meneceri HARUA TODA, Türkiyə və Qafqaz bölgəsi distirbütorlər meneceri MEHMET BAHADIR TAŞKONAK qonaqlarımız olmuşdur. Qonaqların gəliş məqsədinin əməkdaşlığın daha da güclənməsi yönündə olduğunu nəzərə alsaq müzakirələrin hər iki tərəf üçün uğurla başa çatdığını deyə bilərik. 2017-ci ildə A-kond MMC HITACHI firmasını Azərbaycan bazarında daha güclü təmsil edəcəkdir.
İclasdan sonra xarici firma nümayəndələri ilə Akond şirkətinin yeni binasında ekskursiya keçirilmişdir, həmçinin qonaqların Bakıda ilk dəfə olduqlarını bildiyimiz üçün onları şəhərimizin turistik məkanları ilə də tanış etdik. Gəzinti müddətində şirkətin yerli bazar potensialı barəsində ətraflı məlumat verilmişdir.

Facebooktwittermail

Bütün xəbərləri oxu

Məhsullar