Hisense UEFA EURO 2016-da 10 qlobal sponsordan biri!

Azərbaycandakı rəsmi distributoru olan Akond MMC Hisense-in UEFA EURO 2016-nın ən böyük 10 qlobal sponsorundan biri olmasından qürur duyur! Hisense Group UEFA EURO 2016 qlobal sponsoru olaraq yarışa 56 ildə sponsor olan ilk Çin brendi kimi tarixə düşdü. Hisense sponsorluğunu 2017-ci ilin sonuna kimi davam etdirəcək. Həmçinin Hisense 2018 FIFA World Cup-un seçim turları, UEFA Futsal EURO 2016, 2017 UEFA European Under-21 Championship, Qadınlar üzrə UEFA EURO 2017-yə də sponsorluq edəcək.
UEFA EURO 2016-nın marketing direktoru Laurent Epstein “Biz Avropa və Amerikada ən sürətlə böyüyən Çin markası Hisense-i qəbul etməyə şadıq, xoş gəldin sponsor ailəmizə”! deyərək əməkdaşlıqlarını müsbət dəyərləndirib. Hisense Group-un vitse prezidenti Cheng Kaixun isə “Biz qürur duyuruq ki, UEFA EURO 2016 qlobal sponsorlarından biriyik! Hisense Çin brendləri içində idmana dost olması ilə seçilir, son illərdə dünyada yayılan idman marketinginin uğuru bizi şad edir. UEFA ilə əməkdaşlıq bizim xeyrimizədi.” deyərək öz məmnuniyyətlərini bildirib.
Qeyd etmək istərdik ki, UEFA EURO 2016-da Hisense-in adı Carlsberg, Coca-Cola, Continental, Hyundai-Kia, McDonald’s, Orange, SOCAR və Turkish Airlines kimi 9 nəhəng şirkətlə bir sıradadı.

Hisense sponsorship certificate

Slide-Hisense-EURO-2016-valide

logo_HISENSE_UEFA

Facebooktwittermail

Bütün xəbərləri oxu

Məhsullar